Azərbaycan koronavirusa qarşı vaksinlərin alınması üçün bir neçə şirkət və ölkə ilə danışıqlar aparır.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan lap əvvəldən bu prosesi diqqətdə saxlayır. Azərbaycanda həyata keçirilən tədbirlər kifayət qədər effektli olub. İndiyədək 200 min nəfər xəstəliyə tutulub. Hazırda aktiv xəstələr 2 min nəfər ətrafındadır. Hazırda xəstəxanalarda çoxsaylı boş yerlər var (koronavirus xəstəxanalarında – FED.az).
Eləcə də bax: Prezident mətbuat konfransı keçirir - Canlı
Prezident bildirib ki, Azərbaycan Qafqazda ilk dəfə olaraq 17 yanvarda vaksinləşməyə başlayıb. Hazırda Azərbaycan Çin istehslı olan «Koronavaq» vaksinindən istifadə edir. İndiyədək 4 milyon vaksinin alınması barədə müqavilə bağlanıb və gündə 15-20 min vaksin vurulur.
Prezident bildirib ki, Azərbaycan «COVAC» sisteminə də qoşulub və bu işlər çərçivəsində ölkəmiz Moderna (ABŞ), AstraZeneca (Britaniya) və «Sputnik-V» (Rusiya) vaksinəri də alacaq və vaksinlərin alınması üçün lazımi maliyyə vəsaitləri ayrılıb.
Bununla yanaşı, Prezident bildirib ki, bəzi ölkəər vaksinləri özlərinə lazım olandan daha artıq sayda alırlar, bu da başqa ölkələrin vaksin almasına mane olur. Prezident bununla bağlı əhalisindən iki dəfə artıq vaksin alan Kanadanın adını çəkib: «Bu o deməkir ki kiməsə, başqasına vaksin çatmayacaq. Amma bunlar onu fikirləşmir».
Prezident etiraf edib ki, vaksinə tələbatın kəskin artdığı bir şəraitdə hətta əvvəlcədən bağlanan müqavilələrə baxmayaraq bəzi şirkətlərdən vaksinlər almaq mümkün olmayıb: «Açıq deyim ki, əgər biz vaxtında bütün istehsalçılarla müqavilələr bağlamasaydıq, biz də vaksinlər ala bilməyəcəkdik. Biz indiyədək çoxdan AstraZeneca (Britaniya) və Pfizer, Moderna vaksinlərinə də almalıydıq. Amma bir neçə aydır ki, hələ ala bilməmişik. Yaxşı ki, çinli partnyorlar öz öhdəlilərin yerinə yetirirlər. Bizim buna görə ödəniş etməyə pulumuz da var. Amma bəzilərində bu da yoxdur. Hətta olsalar da ala bilmirlər. Onlar nə edəcək, öləcəklər? Belə çıxır varlılar bütün vaksinləri götürəcəklər başqaları qalacaq, bu isə elementar insani davranışa da uyğun gəlmir».