“İki və daha artıq yerdə çalışan şəxslərin icbari tibbi sığorta haqqı hər iş yeri üzrə tutulur”.
Eləcə də bax: Pulsuz xidmət göstərən özəl klinikaların sayı - ARTIB - SİYAHI
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva “İcbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda canlı yayımda deyib.
Onun sözlərinə görə, vətəndaşın fərqli yerlərdə rəsmi gəliri varsa, gəlirləri olan mənbələrdən sığorta haqqı tutulur:
“Belə vətəndaşlar da tibbi xidmətlərdən digər vətəndaşlar kimi istifadə edir. Sahibkarlıq fəaliyyəti ilə məöşğul olan şəxslərin sığorta haqqı ölkə üzrə minimum əməkhaqqının 1%-i həcmində müəyyənləşdirilib. Bu da 10 manat məbləğindədir”.
P. Baxşəliyeva vətəndaşlardan icbari tibbi sığorta çərçivəsində olan xidmətlərdən istifadə zamanı özəl klinikalar tərəfindən pul tələb edilməsi iddialarına da münasibət bildirib.
O bildirib ki, vətəndaşlar tibbi xidmət zərfində olan xidmətlərin qiymətləri ilə tanış ola bilər:
“Vətəndaşların öz hüququnu bilməsi çox yaxşı məqamdır. Xidmətlər zərfində biz məbləğ bölməsini şəffaflıq üçün açıq qoymuşuq. Özəl klinkalarda pul tələb edilən zaman burada göstərilən məbləğə baxmaq lazımdır” - o deyib. (Apa)