"Hazırda TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan həkimlərin orta aylıq əməkhaqqı 1000 manatdan yuxarıdır".
FED.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, stomotoloqlar istisna olmaqla, TƏBİB tabeliyindəki ixtisaslı həkimlərin əməkhaqqına əlavələr şamil olunur. (Report)