İcbari tibbi sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilən şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) şamil edilmir.
Eləcə də bax: Dərman təminatı tibbi xidmətlər zərfinə - DAXİL EDİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Bildirilib ki, eyni zamanda Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə icbari tibbi sığorta şamil edilmir. (Trend)