İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti icbari tibbi sığorta xidmətləri bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinə dair araşdırmalara başlayıb.
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, məqsəd təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən hallarının qarşısının alınmasıdır.
Araşdırmalar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dövlət Xidmətinə təqdim etdiyi bir sıra sənəd və məlumatlara əsasən, özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması, həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına və yaxud aradan qaldırılmasına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə aparılır. (Report)