İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il əlavə dəyər vergisindən azad edilir.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.51-ci maddəyə və "Tibbi sığorta haqqında" Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilib.
Dəyişikliyə əsasən, “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə ƏDV-dən azad edilir.