İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi COVID-19-a qarşı vaksinasiyanın təşviqi ilə bağlı yeni videoçarx yayımlayıb.
FED.az xəbər verir ki, "Birimiz hamımız üçün peyvənd olunaq" sloqanı ilə hazırlanan videoçarxda pandemiyanın bitməsi üçün peyvəndlənmənin zərurətindən bəhs edilib.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








