Azərbaycanda icbari tibbi sığorta ilə çalışan xəstəxanaların sayı 122-yə çatıb.
FED.az xatırladır ki, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri vətəndaşlara təqdim etmək üçün, icbari tibbi sığorta məqsədilə müqaviləli tibb müəssisələri də prosesə cəlb edilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ildə Agentliyin müqavilə bağladığı müqaviləli tibb müəssisələrinin sayı 20-dən 111-ə yüksəlib. Hazırda isə müqaviləli tibb müəssisələrinin sayı 122-dir.
İcbari tibbi sığorta ilə işləyən xəstəxanaların - TAM SİYAHISI
2022-ci ildə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatların sayı, 2021-ci il ilə müqayisədə 4 dəfə artaraq 111,3 mini keçib.
Həmin xidmətlər sırasında sayca oftalmologiya (37 006), ürək-damar cərrahiyyəsi (30 150) üzrə əməliyyatlar və invaziv radioloji xidmətlər (26 633) çoxluq təşkil edib.