“2021-ci ildə səhiyyə işçilərinə 717 milyon manatdan çox vəsait ödənilib və bu nəticə 2020-ci illə müqayisədə 18 % artım əldə edildiyini göstərir. Təchizata gəldikdə isə qeyd olunmalıdır ki, ötən il ərzində tibb müəssisələri 5 248 ədəd yeni cihaz və avadanlıqla təmin olunub, 274 tibb müəssisəsində İKT infrastrukturunun qurulması üzrə işlər görülüb”.
Azərbaycanda tibb işçilərinin maaşları - 2 QAT ARIRILACAQ
FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev keçirdiyi mətbuat konfransında deyib.
Agentliyin eyni zamanda tibb müəssisələrində struktur dəyişiklikləri apardığını bildirən Z.Əliyev vurğulayıb ki, məqsəd idarəetməni təkmilləşdirmək və vətəndaşın tibbi xidmətə əlçatanlığını artırmaqdır:
“İslahatlar çərçivəsində keçən il ölkə üzrə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinin sayı 278-ə yüksəlib, Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi, Sumqayıt şəhərində isə Sumqayıt Tibb Mərkəzi yaradılıb. Ən mühüm yeniliklərdən biri isə 2021-ci ilin oktyabr ayından etibarən Şuşa şəhərində modul tipli xəstəxananın fəaliyyətə başlamasıdır. Müəssisə ötən il ərzində 1 256 pasient qəbul edib”.
2022-ci ildə görülən işlərdən bəhs edən İdarə Heyətinin sədri bildirib ki, Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.
Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir. Bundan başqa, hazırda limit sayı 300 olan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayının müvafiq olaraq 400-ə və 1200-ə qədər artırılması təklifi irəli sürülüb.