İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinin sistemində təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar xidmətin fəaliyyəti bu gün saat 22:00-dan sonra 3 saatlıq dayandırılacaq.
FED.az xəbər verir ki, bu səbəbdən Çağrı mərkəzinin koronavirusla bağlı 7 gün 24 saat fəaliyyət göstərən 1542-0 xətti müvəqqəti olaraq işləməyəcək.
Qısa zamanda sistemdə yenilənmə işlərinin başa çatdırılması və “1542” Çağrı mərkəzinin fəaliyyətinin bərpa olunması nəzərdə tutulur.
Yaranmış narahatlıqla əlaqədar Agentlik vətəndaşlardan üzr istəyir.
Məlumat üçün bildirək ki, Çağrı mərkəzinin koronavirusla bağlı 1542-0 xətti 7 gün 24 saat, psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri həftə içi 08:00-dan 22:00-dək, həftə sonu 09:00-dan 21:00-dək, icbari tibbi sığorta ilə bağlı xətti isə iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərirlər.