E-tebib mobil tətbiqi vasitəsi ilə tibb müəssisələrində onlayn növbə götürmək mümkün olacaq.
Bu il icbari tibbi sığorta xidmətlərinin - SAYI ARTIRILACAQ
FED.az xəbər verir ki, bunu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu proses tibb müəssisələrində icbari tibbi sığortadan istifadə edənlər üçün növbə prosesinin asanlaşdırılması məqsədi daşıyır: "Bilirsiniz ki, icbari tibbi sığortadan istifadə edənlərin sayı artdığından xəstəxanalarda və digər tibb müəssisələrində növbələr yaranır. Bu problemi həll etmək üçün "e-tebib" tətbiqində tibb müəssisələrində onlayn növbə götürülməsi üçün bölmə yaradılır. Həmin bölmə yaxın vaxtlarda istifadəyə veriləcək və xəstəxanalarda növbə problemi aradan qalxacaq". (Trend)