"Bakıda restoranlar bağlıdır və SMS icazəsi qüvvədədir".
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədovun sözlərinə görə, 65 yaşdan yuxarı şəxslərin evdən çölə çıxması icazəsi məsələsinə baxılır: "Növbəti mərhələdə 65 yaşla bağlı yumşaltma, yaxud sərtləşmə barədə qərar qəbul edilə bilər. Bu, situasiyadan asılı olacaq”.