2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana $330 milyon 814,52 min dəyərində əczaçılıq məhsulları idxal edilib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2022-ci ilin I yarısında Azərbaycana $330 milyon 814,52 min dəyərində (artım 30,5%) 15 min 449,39 ton (artım 29,6%) əczaçılıq məhsulları idxal edilib.
Hesabat dövründə ölkəyə mal idxalının bütün həcmində əczaçılıq məhsullarının payı 5,2% təşkil edib.
2021-ci ildə Azərbaycana $528 milyon 566,59 min dəyərində (artım 40,1%) 22 min 335,95 ton (azalma 1,5%) əczaçılıq məhsulları idxal edilib. (İnterfaks-Azərbaycan)