Banner

Sağlamlıq

Hubey: koronavirusun yayılması - SƏNGİDİ

Hubey: koronavirusun yayılması - SƏNGİDİ | FED.az
11:26 6 Mart 2020

Çinin Hubey vilayətində son 24 saatda Uhan şəhərinin xaricində vilayətin heç bir şəhərində koronavirusa yeni yoluxma faktı aşkarlanmayıb.

FED.az xəbər verir ki, bunu martın 5-də Hubey vilayətinin rəhbərliyi açıqlayıb.

Açıqlamada epidemiyanın episentri Uhanda son 1 sutkada 126 yeni yoluxma hadisəsi qeydə alındığı bildirilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 90 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 429-a çatıb. Bunların 55 641 nəfəri sağalıb, 3 387 nəfəri isə ölüb.

Report

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Digər xəbərlər

Banner