Honq Konq Universitetində burun spreyi şəklində koronavirus vaksini hazırlanır.
Eləcə də bax: Azərbaycana idxal olunacaq AstraZeneca vaksini risklidirmi?
FED.az xəbər verir ki, hazırda vaksin ilkin kliniki sınaq mərhələsindədir.
Sınaqlarda 10 nəfər könüllü iştirak edib. Preparatın 2-3 il ərzində istifadəyə hazır olacağı bildirilib.
Bu vaksin körpələr də daxil olmaqla bütün yaş qruplarından insanlar üçün nəzərdə tutulub.
Mütəxəssislər qeyd edir ki, bu vaksinin yeganə yan təsiri qısamüddətli baş ağrısı və burun tutulması ola bilər. (Trend)