Dərmanların topdansatış qiyməti və tariflərin müqayisəsi Tarif Şurası tərəfindən tariflərin müəyyənləşdirilməsi məqsədilə tətbiq olunan yanaşmanın bazarda mövcud olan qiymətlərin və meyllərin nəzərə alınmaqla çevik qaydada yenilənmədiyini göstərib.
Nazirlik dərmanların 2-3 dəfə bahalaşmasına - MÜNASİBƏT BİLDİRİB
FED.az xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsdə aparılmış auditin nəticələrində qeyd edilib.
Bildirilib ki, alınan 144 adda eyni dərmanın 81-də qiymət azalsa da, onlardan 4-də bu azalma fonunda tarif artırılıb, 67 adda dərmanın tarifinin sabit qalması fonunda qiyməti azalıb ümumilikdə, tariflər 75 adda dərman üzrə 18,5%- 57,1% daha baha müəyyənləşdirilib.
Qeyd edilib ki, müqavilələrdə yararlılıq müddəti istehsal tarixindən ən azı 60,0% səviyyəsində müəyyən edilsə də, 6 adda dərman vasitəsinin yararlılıq müddəti 30%-dən aşağı, 10 adda dərman vasitəsinin yararlılıq müddəti 30-40%, 36 adda dərman vasitəsinin yararlılıq müddəti 40-50% və 129 adda dərman vasitəsinin yararlılıq müddəti 50%-60% aralığında olub. (Apa)