“Artıq hər birimiz deyə bilərik ki, yaxınımızda yoluxanlar var”.
Eləcə də bax: Operativ Qərargah brifinq keçirir - Canlı Yayım
FED.az xəbər verir ki, bunu Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, sosial şəbəkələrdən görünür ki, yaxınlarımızın qohumları arasında artıq koronavirusdan vəfat edənlər var: “Bu istiqamətdə olan tendensiyalar və koronavirusun yayılması sürətini nəzərə alaraq karantin rejiminin sərtləşdirilməsinə qərar verilib.
Hazırda koronavirusdan aktiv xəstələrin sayı 56 mindən çoxdur. Bunlardan 48 mini evdə, 8 mini xəstəxanada müalicə olunur”.