Azərbaycanda şirkət yaratmadan tibbi xidmətlər göstərən həkimlərə ödəniş qaydaları dəyişəcək.
Həkimlərin əməkhaqlarının artırılması məsələsinə - BAXILACAQ
FED.az xəbər verir ki, bu «Nağdsız hesablaşmalar haqqında» qanuna nəzərdə tutulan dəyişikliklərdə əksini tapıb.
Yeniliyə əsasən, bundan sonra özəl tibbi praktika ilə, yəni şirkət yaratmadan tibbi xidmət göstərən fiziki şəxslərə ödənişlərdə 500 manatdan artıq məbləğ nağdsız ödənilməlidir.
Bu məqsədlə sözügedən qanunun 3.4.12-ci maddəsinə dəyişiklik ediləcək.
Xatırladaq ki, hazırda bu maddə yalnız tibbi müəssisələr tərəfindən göstərilən tibbi xidmətləri əhatə edir və qaydaya görə bir əməliyyat üzrə 500 manatdan artıq olan ödənişlər nağdsız ödənilməlidir. Yeniliyə görə isə gələn ildən bu qayda fiziki şəxslərə, yəni həkimlərə ödənişlərə də şamil ediləcək.
İndiki vəziyyət:
3.4.12. tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər;
Dəyişiklikdən sonra olacaq vəziyyət:
3.4.12. tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər.