Polşada bir nəfər hantavirusa yoluxma şübhəsi ilə sanitar nəzarət altına alınıb.
Koronavirus həkimlərinin əmək haqlarına - ƏLAVƏNİN MÜDDƏTİ UZADILDI
FED.az xəbər verir ki, bu barədə "RMF FM" radiosu respublikanın baş sanitar müfəttişinə istinadən məlumat verib.
"Səbəb hantavirusun aşkarlanandığı kruiz gəmisindəki sərnişinlə mümkün təmasdır", - deyə məlumatda bildirilib.
Müşahidə altında olan şəxsdə xəstəliyin heç bir əlaməti aşkarlanmasa da, mütəxəssislər yeddi günlük karantin tətbiq ediblər.
Xatırladaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Argentinadan Kabo-Verdeyə gedən "MV Hondius" kruiz laynerində hantavirusun yayıldığını elan edib. Gəmidə bir neçə yoluxma halı qeydə alınıb və yoluxmuş şəxslərdən üçünün həyatını xilas etmək mümkün olmayıb.
Mayın 10-da gəmi İspaniyanın Tenerife adasının limanına çatıb və bundan sonra sərnişinlərin təxliyəsi əməliyyatı başlayıb. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus insanların 10 uçuşda təxliyə edilməsinin planlaşdırıldığını bildirib. 14 İspaniya vətəndaşından ibarət ilk sərnişin qrupu paytaxtdakı xəstəxanalardan birinə aparılıb. (Oxu.az)













