Gürcüstanda aprelin 17-dən etibarən qapalı ictimai yerlərdə mütləq tibbi maska taxması haqqında qərar qəbul edilib.
Eləcə də bax: Gürcüstanda avtomobillərin hərəkəti - TAM QADAĞAN EDİLİR
FED.az xəbər verir ki, bunu ölkənin Baş Nazirinin məsləhətçisi İrakli Çikovani brifinqdə açıqlayıb.
“Bu tələbin yerinə yetirilməsinə görə məsuliyyət hüquqi şəxslərin üzərinə düşür. Tələbin icrasına nəzarət etməyən hüquqi şəxslər 15 min lari (8082,41 AZN - red.) məbləğində cərimə olunacaqlar”, - Çikovani deyib.
Bununla yanaşı, Baş Nazirin məsləhətçisi qeyd edib ki, əgər bütün Gürcüstan vətəndaşları, özəl sektor, hakimiyyət, biznes adamları və din xadimləri daxil, fövqəladə vəziyyət çərçivəsində məhdudiyyət və qadağalara əməl etməyəcəklərsə, karantin bütün ölkədə elan ediləcək.
Həmçinin, aprelin 17-dən bütün ölkədə minik avtomobillərinin hərəkəti qadağan edilib.
Qeyd edək ki, aprelin 16-da Gürcüstanda COVID-19-a yoluxanların sayı 348-ə yüksəlib. Onlardan 76-sı sağalıb, 3 pasiyent vəfat edib.
Qafqazinfo