Gürcüstanda yeni növ koronavirusun (COVID-19) “Britaniya ştammı”na təsdiqlənmiş yoluxma hallarının sayı 50-yə çatıb.
Eləcə də bax: Azərbaycanda Britaniya ştammı təhlükəsi - qapanma gözlənilir
FED.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, virusun mutasiyaya uğramış formasının ölkədə daha da yayılması ehtimalı var, lakin vaksinasiya “Britaniya ştammı”na qarşı da təsirlidir.
A. Qamkrelizde qeyd edib ki, Gürcüstanda yeni növ koronavirusa təkrar yoluxma hallarının da artması gözlənilir, bununla bağlı müvafiq araşdırmalara başlanılıb. (Apa)