Gürcüstanda koronavirusun mutasiya etmiş ştammına 75 yoluxma halı təsdiqlənib.
Eləcə də bax: Azərbaycanda Britaniya ştammı təhlükəsi - qapanma gözlənilir
FED.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, faktların 16-sı Britaniya ştammına aiddir.
A.Qamkrelidze Gürcüstanda Cənubi Afrika və Braziliya ştammlarına yoluxmalara rast gəlinmədiyini qeyd edib. (Report)