Koronavirusun sürətlə yayıldığı bir vaxtda Gürcüstanda iki şirkət tibbi maskaların istehsalına maraq ifadə edib.
Eləcə də bax: Apteklərdə tibbi maska qıtlığını kimlər yaradır? - ARAŞDIRMA
FED.az xəbə verir ki, bu barədə Gürcstanın Səhiyyə Nazirliyinin proqram idarəsinin rəisi Eka Adamiya bildirib. Onun sözlərinə görə, ölkədəki istehsalçıların bir hissəsi artıq bu prosesə hazır olduqlarını bildiriblər və müxtəlif variantara baxırlar.
Onun sözlərinə görə, nazirlikdə xəstəxanalar üçün maska ehtiyatı toplanıb və yenə də alınır. Apteklər də maska ehtiyatın artırırlar. Adamiya bildirib ki, elə bir mexanizm tətbiq edilib ki, bir nəfər çoxlu sayda maska ala bilməsin. Nazirlik nümayəndəsi əhalini də mənasız maska ehtiyatı yaratmamata çağırıb. Onun sözlərinə görə, mənasız təşviş nəticəsində, maskaya doğrudan da ehtiyaca olanlar onu almaya bilərlər.
«Bütün dünyada maskalara qlobal defisi müşahidə edildiyi bir vaxtda, Gürcüstan problemi yerindəcə həll etmək üçün onların yerli istehsalını planlaşdırır» deyə Adamiya bildirib.