Gürcüstan Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin direktoru Amiran Qamkrelidze yeni növ koronavirusun yayılması ilə mübarizə üçün sakinlərə mal və xidmətlərin ödənişi zamanı nağdsız ödənişlərə keçməyi təklif edib.
Eləcə də bax: Gürcüstan tibbi maska - İSTEHSALINA BAŞLAYIR
FED.az xəbər verir ki, Qamkrelidze bu barədə jurnalistlərə bildirib.
“Çin tamamilə virtual valyutaya keçib, yəni bütün ödənişlər elektron qaydada həyata keçirilir. Biz də nağdsız ödəmələri etməyə çalışmalıyıq, lakin nağd ödəniş məcburidirsə, bundan sonra əllərinizi mümkün qədər hərtərəfli təmizləməlisiniz”, - Qamkrelidze belə deyib.
Qeyd edək ki, qonşu Gürcüstanda artıq üç koronavirus infeksiyası aşkarlanıb, yoluxmuş hər üç şəxs ölkə vətəndaşlarıdır. 137 nəfər isə karantində saxlanılır.
Apa