İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 83 nəfər müraciət edib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildiriblər ki, ötən həftənin şənbə və bazar günləri günvurma ilə bağlı Stansiyaya 11 müraciət daxil olub, onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, günvurma diaqnozu ilə müraciət edənlərdən ümumilikdə 36 nəfər xəstəxanaya yerləşdirilib.