Xəstələrin ölməsilə mətbuatda adı tez-tez çəkilən "Grand Hospital"ın adı dəyişdirilir.
FED.az xəbər verir ki, klinikanın adı "Ege Hospital" olacaq. Məlumatı təsdiqləyən hospital əməkdaşı hazırda bununla bağlı rəsmi açıqlama hazırlandığını bildirdi.
Artıq "Grand Hospital"ın sosial media ünvanlarının da adları dəyişdirilib və "Ege Hospital Baku" olub.
Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunda “Grand Hospital”a ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanmışdı. Görünür, rebrendinq etmək zərurti bundan qaynaqlanır.
Əlavə edək ki, Türkiyədə EGE Health Hospital fəaliyyət göstərir və adın buradan götürülməsi mümkündür. Hospital əməkdaşı FED.az-a bununla bağlı açıqlamasında qeyd etdi ki, həkimlər Türkiyədən gəlir, ancaq bu barədə rəsmi məlumatda açıqlama verəcəklər.