Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Goranboy rayonu, Goranboy şəhəri, A.Mustafayev küçəsi, m. 5 ünvanında fəaliyyət göstərən, Əliyev Fuad Məmməd oğluna məxsus mərkəzi ticarət bazarında keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, gigiyena qaydalarına ciddi riayət olunmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi aşkarlanıb.
Bakıda qanunvericiliyin tələblərini pozan çörək müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
FED.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.