Google mütəxəssisləri Mayo klinikasının həkimləri və Harvard tibb məktəbi ilə birgə adi istifadəçilərin pulsuz tibbi məsləhət ala biləcəyi yeni funksiya hazırlayıb.
Yeni alqoritmin mahiyyəti ondan ibarətdir ki, istifadəçilər axtarış qutusuna öz simptomları haqda (məsələn, “başım ağrıyır”) sorğu daxil etdiyi zaman, Google mümkün diaqnozları sadalayaraq, müalicə variantlarını, bu haqda geniş məlumat əks etdirən sayt keçidlərini, eləcə də şikayətçinin müraciətinin doğru olacağı ixtisaslaşmış həkimlər haqda məlumatı istifadəçiyə təqdim edəcək.
Google axtarış sistemində bu funksiya iOS və Android cihazlarında olacaq, amma ilkin olaraq bu xidmətdən yalnız ABŞ-ın ingilisdilli istifadəçiləri yararlana biləcəklər. Şirkət gələcəkdə xəstəliklərin siyahısını genişləndirməyi, həmçinin sözügedən funksiyanı dil və ölkə baxımından da inkişaf etdirməyi düşünür.
Şirkətin apardığı hesablamalara görə, axtarış sisteminə gələn sorğuların 1%-ni sağlamlıq vəziyyəti ilə əlaqədar suallar təşkil edir. Məhz buna görə, Google, yalnız internetdən məsləhət aldıqdan sonra həkimə müraciət etməyi üstün tutan istifadəçilərinin həyatlarını asanlaşdırmağı qərara aıb. Google bloqunda - “Bizim məqsədimiz simptomlarınızla bağlı düzgün istiqamətlənmənizə yardımçı olmaq və narahatlığınız haqda axtarış aparmağı davam etdirməyin, yoxsa tez bir zamanda mütəxəssisə müraciət etməyin daha düzgün olacağını dəqiqləşdirmənizə kömək etməkdir” - bildirilir.
Subscribe.ru
Google ailə həkimi funksiyasını təkmilləşdirəcək
12:40
12 Avq 2016