Sağlamlıq

Gələn ildən şirkətlər və işçilər hər biri əlavə aylıq 2% haqq ödəyəcəklər

Gələn ildən şirkətlər və işçilər hər biri əlavə aylıq 2% haqq ödəyəcəklər | FED.az
08:35 7 Mart 2019

Azərbaycanda gələn ildən bütün ölkə ərazisində tətbiqinə başlanılması planlaşdırılan  icbari tibbi sığorta xidməti üçün ödəniləcək sığorta haqlarının məbləği açıqlanıb.

FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.

Onun sözlərinə görə, bütün işləyən şəxslərdən əmək haqqının 2%-i qədər, işəgötürənlərdən isə işçilərinə ödədikləri əmək haqqının 2%-i qədər sığorta haqqı tutulacaq. Sərbəst şəkildə fəaliyyət göstərən şəxslər isə 120 manat sığorta haqqı ödəyəcəklər. Agentlik sığorta haqlarının toplanmasına gələn ildən başlayacaq.

Eləcə də bax: Xəstəxanlar publik hüquqi şəxsə çevriləcək, həkimlərin əməkhaqları yeni qayda ilə hesablanacaq

Ölkə vətəndaşlarının ilkin səhiyyə, təcili və təxirə salınmaz yardım xidmətlərindən pulsuz istifadə etməsi üçün dövlət büdcəsindən adambaşına 29 manat ayrılacaq. Əlavə xidmətlərdən istifadə etmək istəyənlər isə icbari tibbi sığorta haqqını ödəməli olacaqlar.

Əhalinin 45%-ni təşkil edən 18 yaşına qədər yaşına qədər uşaqlar, 23 yaşına qədər tələbələr, əlillər, hamilə qadınlar, işləməyən pensiyaçılar, eləcə də aztəminatlı insanlar  sığorta haqqından azad olacaq.

Digər xəbərlər