“Foodini” MMC-yə məxsus, ümumi çəkisi 6 632.89 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Eləcə də bax: "Camal LTD” MMC-nin 2 tondan artıq qida məhsulu - MƏHV EDİLİB
FED.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, istehlaka yararsız və istifadə müddəti bitmiş bu məhsulların məhv edilməsi üçün şirkət Agentliyə müraciət edib.