“Food Fish” MMC-nin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 3 510 kq dəniz məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
FED.az AQTA-ya istinadən xəbər verir ki, məhv edilmiş məhsullar istehlaka yararsız olub və onların istifadə müddəti bitib.