“Fenix Trade” MMC-nin Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, ümumi çəkisi 960 kq balıq məhsulları və akoqolsuz içkilər “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Eləcə də bax: "Meliksakşah sultan"ın yararsız şirniyyatları - MƏHV EDİLDİ
FED.az AQTA-ya istinadən xəbər verir ki, məhv edilmiş bu məhsullar istehlaka yararsız olub və istifadə müddəti bitib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.