Evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa əməliyyatdan çıxıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) FED.az-a verilən məlumata görə, əməliyyat yekunlaşdıqdan sonra deputat Kliniki Tibbi Mərkəzdən köçürülüb.
Fazil Mustafanın təhlükəsizliyinin təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.