Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi Elnur Hidayətoğluya həvalə olunub.
Təcili: TƏBİB-in rəhbəri işdən azad edildi - Yeni sədr təyin edildi
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Elnur Hidayətoğlu faktı təsdiqləyib.
Qeyd edək ki, E.Hidayətoğlu bu vaxta qədər departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. O, bu vəzifəyə 2023-cü ilin dekabrında təyin edilmişdi.
Xatırladaq ki, ötən həftə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. (Trend)













