“Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”a dəyişiklik edilib.
Eləcə də bax: Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin - MÜDDƏTİ UZADILIB
FED.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Kollegiyası qərar verib.
Dəyişiklik “Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”da “məşğulluq orqanlarında” sözlərinin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında” sözləri ilə əvəz edilməsi ilə bağlıdır (Elmi yaradıcılıq və təhsil müddətləri və bu müddət bitdikdən sonra qanunvericiliklə verilən tətil müddəti; müəssisə ləğv edilərkən, müəssisədə işçilərin sayı və ya ştatlar ixtisar edilərkən, eləcə də fasiləsiz əmək stajı saxlanılan hər hansı bır müddət bitdikdən sonra işçinin iş axtaran və ya işsiz şəxs kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyatda olduğu dövr).
Qərar iyunun 11-dən qüvvəyə minib. (Apa)