Ehtiyat Fondundakı vəsaitlərin 40%-ə yaxını pandemiya ilə mübarizəyə xərclənib.
FED.az xəbər verir ki,bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Keçən il dövlət büdcəsinin Ehtiyat Fondundan cəmi 680. 4 mln manat istifadə olunub.
Bu vəsaitdən 265.9 mln manat koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə yönəldilib. Başqa sözlə, Ehtiyat Fondundakı vəsaitin 39%-i pandemiya ilə mübarizəyə yönəldilib. (Apa)