İcbari tibbi sığorta ölkəmizdə uğurla həyata keçirilir və icbari tibbi sığorta ilbəil genişlənir.
FED.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə komitənin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, hələ də bir çox xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması əhalinin haqlı narazılığına səbəb olur. Bu gün müzakirə etdiyimiz ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması üçün də xeyli işlər görülür. Ancaq bu sahənin xüsusilə bölgələrimizdə ciddi təkmilləşməyə və islahatlara ehtiyacı var. (Apa)