Azərbaycanda əhalinin koronavirusa qarşı peyvəndin hansı ölkənin istehsal edəcəyi ilə bağlı güvənilən ölkələrin adı məlum olub.
FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin araşdırmasında məlum olub.
Araşdırma nəticələri göstərdi ki, sorğuda iştirak edənlərin 27 faizi yerli peyvəndə etibar edə biləcəyini bəyan edib. Ümumiyyətlə isə istənilən peyvəndə güvənmədiyini nümayiş etdirənlər isə 2.4% təşkil edir. Sorğuya cəlb olunan 2620 nəfərin 32.1 faizi ümumiyyətlə bu suala cavab verməkdə çətinlik çəkib. Koronavirus peyvəndi ilə bağlı Azərbaycanın adını çəkənlər arasında xanımlara nisbətdə kişilərə daha çox rast gəlinir. Təhlillər göstərir ki, Bakı şəhərində ilk olaraq Azərbaycan, ikinci Rusiya, üçüncü isə Almaniyanın adı qeyd edildiyi halda, regionlarda ilk olaraq Azərbaycan, ikinci Rusiya, üçüncü isə Türkiyənin adı qeyd edilib. Regionlar arasında Rusiyanın adını çəkənlər arasında Şəki-Zaqatala iqtisadi zonasında yaşayanlar xüsusilə fərqlənir.
“Koronavirusla bağlı ən çox hansı ölkənin istehsal edəcəyi peyvəndə güvənərsiniz” sualına respondentlərin 26,9%-i Azərbaycanın, 11,8%-i Rusiyanın, 7,7%-i Türkiyənin, 6,2%-i Almaniyanın, 4,7%-i Amerikanın, 4,6%-i Çinin, 1,3%-i İsrailin, 0,7%-i İranın, 0,5%-i İtaliyanın, 0,3%-i Yaponiyanın, 0,8%-i digər ölkələrin adın çəkib.
“Karantin dövründə insanların davranışları” sorğusu Bakı və ölkənin 40 regionunda ümumilikdə 2620 respondent arasında aparılıb. Respondentlər 50/50 qadın-kişi olub. Sorğuda iştirak edənlər 17-70 yaşa aralığında olan insanlar təşkil edib, orta yaş 39-dur.