Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Ege Hospital”da ölüm hadisəsi baş verib.
FED.az xəbər verir ki, hospitalda müalicə alan Sabirabad rayon sakini, 20 yaşlı Şamxal Məmmədov vəfat edib.
Eləcə də bax: Səhiyyə Nazirliyi UNICEF-ə 1,9 mln. manatı - BU SƏBƏBDƏN ÖDƏYƏCƏK
Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Məsələ ilə bağlı “Ege Hospital”a müraciət edilib, lakin xəstəxanadan açıqlama almaq mümkün olmayıb.
Bu ilin yayında Rusiya vətəndaşı “Ege Hospital”da dünyasını dəyişmişdi.
Xəstələrin ölməsilə mətbuatda tez-tez adı çəkilən "Grand Hospital"ın adı "Ege Hospital"a dəyişdirilmişdir.
Report