İsveçrənin Novartis əczaçılıq şirkəti dünyanın ən bahalı dərmanını istehsal etmək üçün lisenziya alıb.
FED.AZ xəbər verir ki, şirkət bu lisenziyanı ABŞ-da gen müalicəsi üçün əldə edib. Zolgensma adlı dərmanın birdəfəlik dozasının qiyməti 2,125 milyon dollar olacaq.
Konsernin mətbuat xidmətindən verilən məlumata əsasən, nadir irsi xəstəliklər sırasında yer alan spinal əzələ atrofiyası xəstəliyinə qarşı hazırlanan dərman iki yaşadək körpələr üçün nəzərdə tutulur.
Dərmanın qiyməti ilə bağlı etirazlar çox olsa da, konserndən bildirilib ki, birdəfəlik doza xəstələrin həyatını xilas etmək iqtidarındadır. İndiyədək tətbiq olunan müalicədə isə bir dozası bir neçə yüz min dollara başa gələn dərmanlardan il ərzində dəfələrlə istifadə etmək lazım gəlir.
Novartis konserninə daxil olan Avexis şirkətinin prezidenti Deyv Lennon bildirib ki, yeni dərmanın birdəfəlik dozası xəstələrin həyatını xilas etməklə yanaşı, on illik müalicə dövrünü əhatə edən altermativ müalicə üsullarının ümumi xərcinin yarısı qiymətində olacaq.
İl ərzində həmin dərman vasitəsinin Avropada lisenziyalaşdırılması da nəzərdə tutulur.
Dünyanın ən bahalı dərmanı buraxılacaq - 1 DOZASI 2,1 MİLYON DOLLAR
10:09
1 İyun 2019