COVID-19-la mübarizə tədbirləri çərçivəsində dünyanın 88 ölkəsindən tibbi avadanlıqla bağlı Türkiyəyə müraciət olunub.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional direktoru Hans Kluge ilə videokonfrans yolu ilə görüşündən sonra bildirib.
ÜST-ün Türkiyə təmsilçiliyinin rəhbəri Pavel Ursunun da iştirak etdiyi görüşdə COVID-19 pandemiyası müzakirə olunub, Türkiyə ilə bu qurum arasında iki illik əməkdaşlıq müqaviləsi imzalanıb.
H.Kluge pandemiya ilə mübarizə istiqamətində Türkiyə tərəfindən dünyanın bir çox ölkəsinə edilən yardımlar üçün təşəkkürünü bildirib.