Məlum olduğu kimi, 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baytarlıq sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının məbləğlərində bir sıra dəyişikliklər edilib. Heyvanlar kəsilərkən müayinələrin aparılmasında heç də həmişə laboratoriya analizlərinə ehtiyac yoxdur. Məhsulun təhlükəsizliyi ilə bağlı şübhəli hal meydana gələrsə, laboratoriya analizlərinin aparılmasına zərurət yarandıqda bunun üçün sözügedən rüsumlardan başqa, əlavə xidmət haqqı ödənişləri tələb oluna bilər.
FED.az bu barədə AQTA-nın yaydığı məlumatda deyilir.
Bildirilir ki, heyvan və heyvandarlıq məhsullarının müvafiq normalara cavab verməsini müəyyənləşdirmək məqsədilə aparılan baytarlıq nəzarəti tədbirlərinə görə ödənilən dövlət rüsumlarının məbləğində isə heç bir dəyişiklik edilməyib. Əlavə olaraq, kəsilən quşların müayinəsi üçün hər quşa görə rüsum 5 qəpikdən 2 qəpiyə endirilib.
Qeyd edək ki, dövlət rüsumlarının məbləğlərində edilən dəyişiklər 2022-ci il yanvar ayının 1-dən qüvvədədir.