İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 100 ədəd yeni təcili tibbi yardım avtomobilinin alındığını bildirib.
FED.az xəbər verir ki, o, bu barədə qurumun illik hesabatını təqdim edərkən deyib.
Agentlik sədri bildirib ki, onların aidiyyəti tibb müəssisələri üzrə paylanılması nəzərdə tutulur.
Z.Əliyev vurğulayıb ki, icbari sığortanın tətbiqindən sonra 349 sayda ambulans maşını alınıb: "İcbari tibbi sığortanın tətbiqindən əvvəl ambulanslara olan ehtiyacın ödənilən hissəsi 40% idisə, hazırda 64% təşkil edir". (Report)