“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə yeni layihəyə start verir”.
Eləcə də bax: Azərbaycanda nümunəvi - DÖNƏRXANALAR YARADILACAQ
FED.az xəbər verir ki, bunu AQTA-nın Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl deyib.
Onun sözlərinə görə, layihənin icraçısı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutudur.
AQTA rəsmisi qeyd edib ki, ilkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönərxananın sağlamlaşdırılması nəzərdə tutulur.(Report)