Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il fevralın 14-də ölkə üzrə 328 ictimai iaşə obyektində 593 monitorinq keçirilib.
FED.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi 3, ev 5A ünvanında yerləşən, hüquqi şəxs “Elnur Qrup” MMC-yə məxsus “Esnaf” restoranı;
2. Bakı şəhəri, Səbail rayonu, N. Rəfibəyli küçəsi, ev 20 ünvanında yerləşən, fiziki şəxs Ağayev Aslan Adil oğluna məxsus kafe;
3. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 51 ünvanında yerləşən, hüquqi şəxs “Azemat” MMC-yə məxsus “Dominos Pizza” restoranı;
4. Bakı şəhəri, Nizami rayonu, M. Əliyev küçəsi 63 ünvanında yerləşən, fiziki şəxs Məmmədli Hikmət Hüseyn oğluna məxsus kafe.