Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 24-də ölkə üzrə 427 ictimai iaşə obyektində 761 monitorinq keçirilib. Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
FED.az AQTA-ya istinadən xəbər verir ki, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 26C ünvanında yerləşən, fiziki şəxs Mahmudov Fərəculla Kamil oğluna məxsus dönərxana;
2. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 34S ünvanında yerləşən, hüquqi şəxs “Azemat” MMC-yə məxsus “Dominos” restoranı;
3. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 36 ünvanında yerləşən, fiziki şəxs Abbasbəyli Emin Ağalar oğluna məxsus restoran;
4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., S. Yesenin küç., ev 332 ünvanında yerləşən, fiziki şəxs Qədirov Bəxtiyar Ağakərim oğluna məxsus dönərxana;
5. Quba şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Rzayev Xoşbəxt Zeynalabdin oğluna məxsus “Lucky” kafesi;
6. Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən, fiziki şəxs Əsgərov Məzahir Bahadır oğluna məxsus “Alma” restoranı;
7. Quba şəhəri, Vaqif küçəsində yerləşən, fiziki şəxs Xazriyev Aid Fuad oğluna məxsus kafe;
8. Ağsu rayonu, Pirhəsənli kəndində yerləşən, fiziki şəxs Cəbrayıllı Cəbrayıl Allahverdi oğluna məxsus “Mənzərə” kafesi.