“Bütün ticarət obyektlərinin qarşısına polisin qoyulması nəzərdə tutulmur. Bu iş həmin sahibkara tapşırılacaq”.
FED.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, monitorinq qrupları həmin yerlərdə monitorinqlər keçirəcəklər:
“Əgər hər hansı qanun pozuntusu aşkar edilərsə, məsuliyyət həmin obyekt sahibinin üzərinə düşəcək”.