Azərbaycanda dərmanların ekspertizası xidmətlərinin tarifləri kəskin artırılıb.
Eləcə də bax: Dərmanı satışdan çıxarıb baha satdırırlar - Dərman Şirkətlərinə Xəbərdlarlıq
FED.az xəbər verir ki, bu barədə Tarif Şurasının 2021-ciil yanvarın 30-da qəbul etdiyi qərarda nəzərdə tutulur.
Qərara əsasən, dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası xidmətlərinin tarifləri təsdiq edilib. Bu qərarla dərmanların ekspertiza qiymətləri kəskin artıb. Belə ki, dərman vasitələrinin ekspertiza xərci 140 manatdan 200 manata, orijinal dərmanların ekspertiza xərci 1100 manatdan 2600 manata, genetik dərman vasitələrində isə 840 manatdan 2100 manata yüksəlib (Tam siyahı təqdim edilən cədvəldə)
Bu isə əvvəlki tariflər
Bundan başqa, Azərbaycana idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin və dərman maddələrinin laborator ekspertizası xidmətlərinin tarifləri təsdiq edilib. Burada heç bir dəyişiklik yoxdur və tariflər 2016-cı ildə təsdiqlənən həddə qalıb (Tam siyahı təqdim edilən cədvəldə)
Qeyd edək ki, birinci cədvəldəki xərclərdə (o cümlədən dərman vasitələrinin və dərman maddələrinin laborator ekspertizası ilə əlaqədar xərclər) 2-ci cədvəldəki xərclər də nəzərə alınıb.
Bu qərar 2021-ci il 1 fevral tarixindən qüvvəyə minir.