İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman təchizatının Xidmətlər Zərfinə daxil olub-olmamasına münasibət bildirib.
Eləcə də bax: Dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumlar - ARTIRILIR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsində "Tibbi sığorta saatı"nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib ki, ambulator şəraitdə dərman təchizatı Xidmətlər Zərfinə daxil deyil.
O bildirib ki, stasionar xidmətə ehtiyacı olan vətəndaşlar üçün göndəriş vərəqəsi verilir: “Vətəndaş artıq stasionar tibbi xidmətdən yararlanaraq hər hansı tibb mərkəzində müalicə alırsa, bu zaman bütün dərman vəsaitləri icbari tibbi sığorta çərçivəsində qarşılanır”.