Dərman qiymətlərinin artımı ailə büdcəsinə güclü zərbə vurur.
Səhiyyə naziri: Azərbaycanda dərman qıtlığı yoxdur
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında komitə sədrinin müavini Əli Məsimli bildirib.
Əli Məsimli deyib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bununla bağlı sanballı sənəd hazırlanıb: “Sənəddə təkliflər var. Keçən dəfə Vahid Əhmədov faktları demişdi. Mən bir professorun sözünü deyəcəm. Türkiyədən 3,20 manata olan dərmanı dünən - 23 yanvarda 39,40 manata alıblar. Düşünürəm ki, bunun qarşısını Rəqabət Məcələsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır”. (Apa)